IQNA

Nyu-Yorkda Ümumdünya Hicab Günü rəsmi olaraq tanınıb

3:41 - February 03, 2025
Xəbər sayı: 3497550
İQNA - Amerika-İslam Münasibətləri Şurası Nyu York ştatında Ümumdünya Hicab Gününün tanınmasını alqışlayıb.

"Middele East Monitor"-un verdiyi məlumata görə, qətnamə dini dözümlülüyü, mədəni anlaşmanı və beynəlxalq həmrəyliyi təşviq etmək üçün senator Roksan Perso tərəfindən təqdim edilib.

Amerika-İslam Münasibətləri Şurası (CAIR) bəyanatında bildirib ki, Ümumdünya Hicab Günü anlayışını təşviq etmək, stereotipləri qırmaq və hicab geyinməyi seçən qadınların səlahiyyətlərini qeyd etmək üçün bir platformadır.

CAIR-in Nyu-York filialının icraçı direktoru Afaf Naşir bildirib ki, bu qərar Nyu Yorkda mədəni və dini müxtəlifliyin tanınmasını əks etdirir.

O, həmçinin əlavə edib ki, bu gün hicablı qadınların səsini ucaltmaq, onların üzləşdiyi qərəz və ayrı-seçkiliklə mübarizə aparmaq üçün mühüm fürsətdir.

Ümumdünya Hicab Günü 2013-cü ildə Nazimə Xan tərəfindən dini tolerantlıq və mədəni anlaşmanı təşviq etmək üçün bir platforma olaraq təsis edilib. Bu tədbir müxtəlif mənşəli qadınlara bir gün ərzində hicab taxmaq təcrübəsinə imkan verir.

Bu günü insanları hicabla bağlı maarifləndirmək və məlumatlandırmaq üçün təsis etdiyini bildirən Nazimə Xan, “Hicabıma görə ayrı-seçkiliyə məruz qaldıqdan sonra 2013-cü ildə Ümumdünya Hicab Gününü təsis etdim. Mən bütün dinlərdən və irqlərdən olan qadınları cəmi bir gün hicab taxmağa dəvət etməklə maarifləndirmək və hicabı normallaşdırmaq istədim” dedi.

Xan deyib: "İnsanlar bilməlidirlər ki, müsəlman qadınlara məzlum damğası vurulduqda onların qadın kimi gücləri əllərindən alınır və zülm onların üzərinə qoyulur".

Nazimə Xan qeyd edib ki, o, insanların bir çox müsəlman qadınların hicabı iman simvolu, Allahla mənəvi və fiziki əlaqə kimi seçdiyini bilsinlər.

Xan bu seçimdən məmnun olduğunu və özünü güclü hiss etdiyini bildirib.

4263046

captcha