"Əl-Xəlic" saytının verdiyi məlumata görə, Dubay Mükafatı Beynəlxalq Quran Müsabiqəsinin təşkilat komitəsi bildirib ki, bu qərarın məqsədi tədbirin keyfiyyətini artırmaq və iştirakçılar üçün daha yüksək standartlar təmin etməkdir.
Bildirilib ki, bu qərar müsabiqənin strateji baxışı çərçivəsində, iştirakçıların təcrübəsini təkmilləşdirmək və Quran hafizlərinin öz bacarıqlarını ən yaxşı şəkildə nümayiş etdirə biləcəkləri rəqabət mühitini təmin etmək məqsədi ilə verilib.
Dubayın Dini İşlər və Xeyriyyə Departamentinin baş direktoru Əhməd Dərviş Əl-Muhayri deyib ki, təxirə salınma hərtərəfli araşdırmanın nəticəsidir və yarışların Quran hafizlərini həvəsləndirmək üçün qlobal modelə çevrilməsi məqsədi ilə qəbul edilib.
Muhayri, müsabiqənin təxirə salınması hədəfləri arasında onun bütün texniki və təşkilati cəhətlərinin yenidən qiymətləndirildiyini açıqlayıb.
Sonda, Əhməd Dərviş Əl-Muhayri bildirib ki, qarşıdan gələn müsabiqə ilə bağlı məlumat müvafiq vaxtda rəsmi kanallar vasitəsilə açıqlanacaq.
Dubay Mükafatı Beynəlxalq Quran Yarışması hər il Ramazan ayında BƏƏ-də ərəb və islam ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən İslam dünyasının ən mötəbər yarışlarından biridir.
4264032