"İQNA"-nın "24saa.com" xəbər saytına istinadən verdiyi məlumata görə, bu yarışma Ramazan ayı münasibətilə və Mərakeş Vəqflər və İslam İşləri Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilir.
Mərakeş telekanalının 2-ci kanalı tərəfindən yayımlanan tanıtım çarxına əsasən, gənclər və yeniyetmələri Quran tilavəti sənətinə yiyələnməyə həvəsləndirmək məqsədi ilə müsabiqə qızlar və oğlanlar arasında, 10-20 yaş qrupları üzrə keçiriləcək.
Bu müsabiqədə iştirak etmək üçün təyin olunmuş platformalar vasitəsilə qeydiyyat başlayıb və Mərakeş telekanalının 2-ci kanalının elanına əsasən, bu Quran müsabiqəsi iştirakçılar üçün təcvidin düzgün qaydalarına riayət etməklə Quran tilavəti bacarıqlarını nümayiş etdirmək üçün bir fürsətdir.
Bu müsabiqənin elanı sosial şəbəkə istifadəçiləri tərəfindən hərarətlə qarşılanıb və onlar bu cür verilişlərin yenidən başlanmasını müsbət qarşılayıb və bu müsabiqənin Mərakeş televiziyasında qədim “təcvid qaydalarına riayət etməklə qiraət” müsabiqələrini xatırlatdığını bəyan ediblər.
4264487