IQNA

Ərəb liderlərinin Qəzza ilə bağlı fövqəladə sammiti

12:06 - February 10, 2025
Xəbər sayı: 3497593
İQNA – Diplomatik mənbələr ərəb ölkələrinin başçılarının ABŞ prezidenti Donald Trampın Qəzza planı ilə mübarizə üçün Qahirədə fövqəladə zirvə toplantısı keçirəcəklərini bildiriblər.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, fövqəladə sammit fevralın 27-də Trampın Qəzzanı zorla boşaltmaq və əhalisini köçürmək planına qarşı tədbirləri müzakirə etmək üçün baş tutacaq.

Mənbələr bildiriblər ki, görüşdə Qəzzada atəşkəsdən sonrakı humanitar vəziyyət və gələcəyi, eləcə də Fələstinlə bağlı digər hadisələr müzakirə olunacaq.

Sözügedən mənbələr görüşün Misir və İordaniya tərəfindən keçirilməsinin təklif edildiyini və onun planlaşdırılan tarixdə keçirilməsi üçün Qahirədə və bəzi ərəb ölkələrində lazımi tənzimləmə və məsləhətləşmələrin davam etdiyini bildirib.

Mənbələr həmçinin Misir prezidenti Əbdül-Fəttah Əl-Sisi və İordaniya kralı 2-ci Abdullahın məsələni gündəmə gətirdiyini bildirib.

Qeyd olunub ki, Qahirə 2023-cü ilin noyabrında Ər-Riyadda keçirilən görüşdə iştirak etməyən ərəb dünyasının bütün mühüm liderlərinin, o cümlədən Əlcəzair prezidenti Əbdülməcid Tabunun da iştirakına razılıq verib.

Diplomatik mənbələrdən verilən məlumata görə, toplantının mövzusunun ciddiliyi və ərəb dünyası üçün təhlükələr nəzərə alınaraq, sammitin ən yüksək səviyyədə iştirakla keçirilməsi üçün səylər göstərilir.

4264925

captcha