15 Şaban Şiələrin 12-ci İmamı, Həzrət İmam Mehdinin (ə.f) mübarək mövlud günüdür. Bəzi hədislərdə şaban ayının 14-dən 15-nə keçən gecə çox müqəddəs bir gecədir. Qədr gecəsindən sonra ən mübarək gecədir. Bu gecədə intizarı çəkilən İmam Mehdi (ə.f) dünyaya göz açıb.
Atası on birinci imam Həzrət Həsən Əskəri (ə.f) və anası Nərgiz xanımdır.
Şaban ayının on beşinci günü İmam Mehdinin (ə.f) mövludu şiələrin məskunlaşdığı bölgələrdə ən böyük bayram və şənliklərlə qeyd olunur.
Bəşəriyyətin son xilaskarı Həzrət Mehdinin (ə.f) fərqli xüsusiyyəti ədalətdir. Həzrət Mehdi (ə.f) Peyğəmbərimiz (s) tərəfindən axır zamanda göndəriləcəyi ilə müjdələnmiş, müsəlmanları zülm və sıxıntıdan xilas edəcək, yer üzündə fitnələri aradan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, əmin-amanlıq, xoşbəxtlik və rifah gətirəcək mübarək bir şəxsiyyətdir.
Varlıq aləminin davam etməsi və daimi olmasının səbəbi Allahın yer üzündəki höccəti Həzrət İmam Mehdinin (ə.f) mübarək mövludu münasibəti ilə bayram proqramları təşkil edilir.
Bu şənliklər İranda daha şövqlə keçirilir. Bu gün İranın bütün şəhərlərində, xüsusilə Qum şəhərində, Cəmkəran Məscidində fərqli coşqu ilə qeyd olunur. Bayramlara qatılan Əhli-Beyt (ə) aşiqlərinə müxtəlif təamlar verilir.
Həzrət Mehdinin (ə.f) həyatı dörd dövrdən ibarətdir: Birincisi onun doğulmasından qeybə çəkilməsinə qədər olan dövr, ikincisi kiçik qeyb, üçüncüsü böyük qeyb və dördüncüsü hökumətin qurulması dövrüdür.
İkinci dövrdə imam Həsən Əskərinin (ə) 260-cı hicri ilində şəhadətindən sonra kiçik qeyb dövrü başladı və 329-cu ilə qədər davam etdi. Bu dövrdə Həzrət Mehdi (ə.f) dörd naibi ilə xalqın işlərini idarə etməyə davam etdi.
Üçüncü dövr hicrətin 329-cu ilində başlamışdır və Allahın iradə etdiyi günə qədər davam edəcəkdir.
Dördüncü dövrdə İmam Mehdi (ə.f) zühur etdikdən sonra İslam hökmləri əsasında vahid dünya hökuməti quracaq və bütün dünyanı ədalətlə dolduracaq.