IQNA

Əl-Əzhər: "Qəzza, fələstinlilər köçürülmədən yenidən qurulmalıdır"

1:47 - February 16, 2025
Xəbər sayı: 3497628
İQNA – Əl-Əzhər İslam Mərkəzi Misir və ərəb ölkələrinin Qəzza xalqının torpaqlarını tərk etmədən yenidən qurulması ilə bağlı mövqeyini dəstəkləməyə çağırıb.

Fələstin İslam Mərkəzinin verdiyi məlumata görə, Əl-Əzhər öz bəyanatında Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsi və bölgə xalqına qarşı hücumların dayandırılması üçün təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

Bəyanatda Əl-Əzhər Fələstin xalqının öz torpaqlarında yaşamaq və paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövləti qurmaq kimi qanuni haqqını vurğulayaraq, fələstinliləri reallaşdırılmayan həll yollarını seçməyə məcbur etmək cəhdlərinə qarşı olduğunu bəyan edib.

Əl-Əzhər həmçinin ərəb və islam ölkələrinin rəhbərlərini və dünyanın azad xalqlarını fələstinlilərin köçürülməsi planına qarşı çıxmağa çağırıb və xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin məzlumlara yardıma biganə olması qlobal xaosa və ədalətin əsaslarının məhvinə səbəb olacaq.

Bəyanatda həmçinin dünyanın dini qurumlarını fələstinliləri müdafiə etmək yerinə susmalarına son qoymağa çağırıb.

Əl-Əzhər nəhayət, fələstinlilərə dəstək olmağın Allah yanında və tarixdə böyük məsuliyyət olduğunu, Fələstində baş verənlərin dünyanı yenidən zülm dövrünə apara biləcəyini vurğuladı.

4265908

captcha