"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, Portuqaliya xadimləri Portuqaliya hökuməti və Birləşmiş Millətlər Təşkilatına ünvanlanmış bu ərizəni hazırlayıb, sionist rejimin Qəzzada törətdiyi soyqırımını pisləyib və Trampın fələstinliləri zorla köçürmək planına qarşı olduqlarını bəyan ediblər.
Müraciəti imzalayanlar arasında siyasi fəallar, alimlər və jurnalistlər də var. Portuqaliya hökuməti və Avropa İttifaqının Fələstin məsələsində aydın mövqe tutmalı olduğu vurğulanıb.
Bundan əlavə, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu vurğulayan şəxsiyyətlər Trampın fələstinliləri Qəzzadan zorla çıxarmaq planını rədd ediblər.
Portuqaliyalı xadimlər bu planı absurd adlandırıb və ABŞ-ın təzyiqlərinə müqavimət göstərməyin vacibliyini bildiriblər. Onlar həmçinin bu planları beynəlxalq hüququn və fələstinlilərin fundamental hüquqlarının açıq şəkildə pozulması kimi qiymətləndiriblər.
Müraciəti imzalayanlar Trampın Qəzza zolağına nəzarəti ələ keçirmək, fələstinliləri köçürmək və Qəzzanı turizm məkanına çevirmək təklifini pisləyiblər.
Amerika prezidentinin açıqlamalarının Qəzzadan fələstinliləri köçürmək cəhdi kimi qiymətləndirildiyi və bu cür siyasətlərin həyata keçirilməsinin qarşısının alınması və Fələstinə dəstək üçün beynəlxalq arenada qətiyyətli mövqe nümayiş etdirilməsinin vacibliyi vurğulanıb.
Fələstinin Lissabondakı səfiri Revan Süleyman Portuqaliya hakimiyyətinin fələstinlilərə qarşı soyqırım, məcburi köçürmək planları və sionist gəlmələrin məskunlaşmasının genişləndirilməsinə qarşı mövqeyini yüksək qiymətləndirərək, bunu beynəlxalq hüquq və ədalətə həqiqi sadiqliyin əlaməti kimi qiymətləndirib.
O, Portuqaliya hökumətini bölgədə ədalətli və davamlı sülhə doğru addımlar atmaq üçün Fələstin dövlətini rəsmən tanımağa çağırıb.
4266264