ABŞ prezidenti Donald Tramp tərəfindən İsrailə satışına icazə verilən 1 ton ağırlığında 1800 bomba Aşdod limanına boşaldılıb.
ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən satışı dayandırılan və daha sonra Tramp tərəfindən təsdiqlənən 1 tonluq MK-84 tipli bombalar İsrail hava bazalarına ötürülüb.
İsrailin Müharibə Naziri Yisrael Katz, bu göndərişin İsrail ordusu üçün çox əhəmiyyətli olduğunu və ABŞ ilə İsrail arasındakı güclü bağı əks etdirdiyini bildirib.
Katz bildirib ki, ABŞ müdafiə naziri Pit Heqsətlə görüşündə o, İsraili bütün lazımi alətlərlə təmin etməyə davam etmək öhdəliyi alıb.
ABŞ-dakı Bayden administrasiyası Qəzzada şiddətli hücumlar həyata keçirən və çox əhalinin yaşadığı Rəfah şəhərini hədəf alacağı ilə hədələyən Benyamin Netanyahunun kabinetini dəstəklədiyinə görə aldığı tənqidlərə cavab olaraq bir ton və 227 kiloqramlıq bomba daşınmasını dayandırdığını açıqlamışdı.
Daha sonra ABŞ-dan İsrailə 227 kiloqramlıq bombanın göndəriləcəyi qeyd edilib.