IQNA

Hizbullah lideri Trampın Qəzza planına reaksiya verib

2:03 - February 17, 2025
Xəbər sayı: 3497636
İQNA – Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim ABŞ prezidenti Donald Trampın fələstinliləri Qəzzadan köçürmək planına münasibət bildirib.

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim Müqavimət Komandanı İmad Muğniyənin şəhadətinin ildönümü ilə bağlı çıxışında Livanın daxili işləri ilə yanaşı müxtəlif mövzulara da toxunub.

Nəim Qasim müqavimət şəhidlərini ehtiramla yad edərək, "sionist düşmənlə mübarizə, müqavimətin şəhid rəhbərlərinin prioriteti idi. Şəhid sərkərdələrin və rəhbərlərin yolu birdir, o da İslam müqavimətinin yoludur. Biz batili aradan qaldırmaq üçün mübarizə aparmalıyıq".

“Trampın Qəzza planını pisləyirik”

Şeyx Nəim Qasim çıxışının bir hissəsində ABŞ prezidenti Donald Trampın fələstinliləri Qəzzadan köçürmək planına münasibət bildirib.

Trampın planını “siyasi soyqırım” kimi xarakterizə edən Nəim Qasim bunun ərəb və İslam ölkələri üçün də təhlükəli olduğunu bildirib.

Nəim Qasim sözlərini belə davam etdirdi:

“Ərəb hökumətlərinin və dünya ölkələrinin susqunluğu ABŞ-ın belə bir mövqe tutmasına səbəb oldu. Fələstinlilərin istənilən yerdən köçürülməsi prosesini qətiyyətlə pisləyir və rədd edirik. Fələstin xalqı heç vaxt öz torpaqlarını tərk etməyəcək. Biz Fələstin xalqına müxtəlif yollarla dəstək olmaq istəyirik və bu planın həyata keçirilməsinin qarşısını almaq üçün istənilən prosesdə iştirak etməyə hazırıq. Sionist İsrail hələ də ekspansionist planlarından əl çəkməyib. Bu gün hər zamankından daha çox sübut olunub ki, sionist rejimin öz ekspansionist məqsədlərinə çatmaq üçün hərəkətləri ABŞ-ın nəzarəti və göstərişi altındadır”.

Hizbullah lideri Beyrut və Təl-Əviv rejimləri arasında imzalanan atəşkəs razılaşmasına toxunaraq deyib: "Sionist rejim fevralın 18-də Livan ərazisindən tamamilə çıxmalıdır".

Tehran-Beyrut uçuşunda problemlər yaranıb

Şeyx Nəim Qasim təhlükəsizlik səbəbilə Livan hökuməti tərəfindən dayandırılan Tehran-Beyrut aviareysləri ilə bağlı deyib: "Bu qərar sionist rejimin tələblərinə uyğun idi. Biz Livan hakimiyyətini bu məsələyə yenidən baxmağa çağırırıq. Eyni zamanda, Livanda UNIFIL qüvvələrinə hücumu doğru görmürük.''

Şəhid Nəsrullahın dəfn mərasimi fevralın 23-də keçiriləcək

Hizbullah lideri Naim Qasim, "Şəhidlər Seyid Həsən Nəsrullah və Haşim Səfiyuddinin dəfn mərasimi fevralın 23-də keçiriləcək. Biz hər kəsi bu mərasimi ən möhtəşəm şəkildə keçirməyə dəvət edirik, çünki Şəhid Nəsrullahın dəfn mərasimi müqavimətə bağlılığın yenilənməsidir", - deyə o bildirib.

captcha