Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.
O ilahi mesajlardan biri də budur ki, qafil olmamaq üçün hər səhər və axşam Allahı yad etməliyik. Necə ki, "Əraf" surəsində belə oxuyuruq:
«وَ اذْکُر رَّبَّکَ فىِ نَفْسِکَ تَضَرُّعًا وَ خِیفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَ الاصَالِ وَ لَا تَکُن مِّنَ الْغَافِلِینَ».
" Səhərlər və axşamlar öz qəlbində yalvarıb-yaxararaq, qorxu ilə və səsini ucaltmadan Rəbbini yada sal və qafillərdən olma" (Əraf, 205).
Bütün hallarda, hər gün səhər və axşam Allahı yad etmək qəlbləri oyadır, qara qəflət buludlarını insanın qəlbindən uzaqlaşdırır. Allahı zikr etmək, səs-küysüz edildiyi zaman qəfləti aradan qaldırar, əks halda özü də bir növ əyləncə və qəflət halına gələr.
Allahı yad etmək bahar yağışına bənzəyir ki, o, qəlbə düşəndə oyanış, diqqət, məsuliyyət, mərifət, hər cür müsbət və quruculuq çiçəkləri açır.
Allah Peyğəmbərindən (s) istədi ki, Onun rübubiyyət məqamına diqqət etsin və Rəbbini qəlbində və ruhunda yad etsin. Allah qarşısında xüşu etmək və Rəbbindən qorxmaq Allaha diqqət yetirmək və Onu zikr etməyin qaydalarındandır. Necə ki, təkcə başqaları deyil, peyğəmbərlər də daim Allahı yad etməlidirlər.
Allahın rübubiyyəti daimidir, ona görə də Onu yad etməyin davamlı olması münasibdir. O zikr və yad etmək insanın sğortasıdır ki, məhəbbətlə, eşqlə hər səhər və axşam davam etməlidir. Quran dil zikri ilə yanaşı, qəlb zikrini də tərifləyir. Beləliklə, hər səhər və axşam Allahı zikr etməyənlər qafillərdəndirlər.
Allahın bizə bu ayədəki mesajı belədir: Hər günün əvvəlində işə başlayanda və qərar verəndə, hər günün sonunda isə onu yekunlaşdırıb nəticə çıxararkən Allahı xatırlamaq lazımdır. Hər səhər və axşam Allahı zikr etmək insanı qəflətə düşməkdən qoruyar.