"Golf News" xəbər verir ki, Səudiyyə Ərəbistanı qarşıdan gələn Ramazan ayında məscidlərdə namaz qılan imamların və camaatların çəkilişi üçün kameralardan istifadəni qadağan edən yeni qaydalar tətbiq edib.
Səudiyyə Ərəbistanı Xəbər Agentliyi (SPA) Dini İşlər, Dəvət və İslami İrşad Nazirliyinin hər hansı media platformasında namaz və camaatın yayımını qadağan etdiyini açıqlayıb.
Bu göstərişdə imam və xətiblərin qaydalara, ibadət edənlərin isə ədəb və dini qaydalara riayət etməli olduqları vurğulanır. Nazirlik bildirib ki, bu tədbirlər məscidlərin müqəddəsliyini qorumaq, ibadətlərin rahat şəkildə və pozulmadan həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Məscidül-Həram və Məscidün-Nəbinin Dini İşlər İdarəsinin rəhbəri Əbdür-Rəhman Əl-Sadis nazirliyin müqəddəs ayda xidmət və proqramları inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
Bundan əlavə, nazirlik Ümrə zəvvarlarının və İki Müqəddəs Məscidi ziyarət edənlərin təcrübəsini artırmaq və Ramazan ayı üçün xüsusi proqramlarını rəqəmsallaşdırmağı planlaşdırır.
Məsul şəxslər bu addımların Ramazan ayının rahat və hörmətlə keçirilməsini təmin etmək üçün atıldığını bildirir.
4267525