"Əl-Ərəbi Əl-Cədid" internet saytının verdiyi xəbərə görə, Qəzzanın Vəqflər və Din İşləri Nazirinin müavini Əbdül-Hadi əl-Ağa, sökülən Əl-Öməri məscidi qarşısında verdiyi açıqlamada dini və vəqf yerlərinin ağır itkilərə məruz qaldığını, dini sektora dəymiş ziyanın 500 milyon dolları keçdiyini bildirib.
Hədəf alınan məscidlərin sayı 1109 olub və Qəzzada 1244 məscidin 89%-i dağıdılıb, 3 məscid isə tamamilə dağıdılıb və 275 məscidə ciddi ziyan dəyib və yararsız hala düşüb. Bəzi tarixi məscidlər də dağıdılıb.
Sionist rejimin Qəzzədə kilsələri qəsdən dağıtdığını bildirən Əl-Ağa qeyd edib ki, işğalçı rejim ümumilikdə 60 qəbiristanlıqdan 40-nı hədəfə alıb, 21 qəbiristanlığı tamamilə dağıdıb, 19 qəbiristanlığı isə qismən dağıdıb, həmçinin şəhidlərin məzarlarını dağıdıb.
Əl-Ağa həmçinin bildirib ki, işğalçı rejim 643 vəqf əmlakını dağıdıb.
Nazirlik, köçkünlərin və düşərgələrdə yaşayanların gündəlik namaz və cümə namazı kimi dini vəzifələrini yerinə yetirmələrinə şərait yaradan xeyriyyə təşkilatları ilə əməkdaşlıq çərçivəsində Qəzza zolağında 400-dən çox müvəqqəti məscidin yaradılması üzərində çalışdığını bildirib.
4267164