Xəbərə görə, bu telekanal Ramazan ayında 2-ci Beynəlxalq “Və rəttilil-Quran” müsabiqəsinin keçiriləcəyini bildirib.
Müsabiqə Ramazan ayında Skype vasitəsilə keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün şərtlər aşağıdakılardır:
-Bu Quran tədbiri kişilər üçündür və iştirakçılar 18-40 yaş arasında olmalıdır.
- İştirakçıların adının, soyadının və ölkəsinin göndərilməsi
- Mobil, ev telefonu, e-poçt və Skype nömrəsinin göndərilməsi
- Müsabiqə iştirakçıları Qurani-Kərimin 60, 88, 125, 206 və ya 549-cu səhifələrini oxuyan səs yazısını 009899999914320 Whatsapp nömrəsinə tərtillə oxuyaraq göndərməlidirlər.
Səqəleyn peyk kanalı cəmiyyətin müxtəlif təbəqələrinə müraciət edən, İslam dünyasının problemlərindən bəhs edən müxtəlif dini və mədəni proqramlar yayımlayan kanaldır.
Bu kanal qadınlar, uşaqlar və gənclər üçün xüsusi proqramlar vasitəsilə Quran, İslam mədəniyyəti və Əhli-Beyt təlimlərini yaymaqla İslam ailə institutunu gücləndirmək məqsədi daşıyır.
Səqəleyn peyk kanalı 2008-ci ilin Ramazan ayında ərəb dilində yayıma başlayıb.
4267658