"TRT News"-un verdiyi məlumata görə, Sionist Rejim Baş Nazirlik İdarəsindən verilən açıqlamada, qatil İsrailin baş naziri Binyamin Netanyahunun səhər saatlarından etibarən Qəzza zolağına bütün humanitar yardımların daxil olmasını dayandırmağa qərar verdiyi çatdırılıb.
Humanitar yardımın dayandırılması, razılaşmanın 42 günlük birinci mərhələsinin dünəndən etibarən sona çatması və İsrailin qəbul etdiyi danışıqların davam etdirilməsi ilə bağlı ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun layihəsini HƏMAS-ın qəbul etməməsinin səbəbi kimi göstərilib.
Soyqırımçı İsrail, məhbuslar azad edilmədikcə atəşkəs rejimini davam etdirməyəcəyi ilə hədələyib.