“İQNA”-nın “Əl-Aləm”-ə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün bu cümə axşamı, martın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ciddə şəhərinə gedib.
Bu səfərdə Əraqçini diplomatik xidmətin sözçüsü İsmayıl Bəqayi müşayiət edib.
Bu, İslam Əməkdaşlıq Təşkilatının Əl-Əqsa tufanı əməliyyatı və sionist rejimin Qəzzəyə hücumlarından sonra işğal olunmuş Fələstin məsələsini müzakirə etmək üçün İranın tələbi ilə keçiriləcək ikinci iclasıdır.
Diplomatik xidmətin rəhbəri iclasda iştirak və çıxış etməklə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha və üzv ölkələrin bəzi xarici işlər nazirləri ilə görüşüb müzakirələr aparıb.
4270190