IQNA

Hizbullah baş katibinin şəhid Nəsrullah və Səfiyyəddinin dəfn mərasimində iştirak edənlərə təşəkkür mesajı

5:57 - March 09, 2025
Xəbər sayı: 3497759
İQNA - Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasım bir mesaj yayaraq şəhidlər Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyyəddinin dəfn mərasimində iştirak edən milyonlarla insana minnətdarlığını bildirib.

"İQNA", "Əl-Mənar"-a istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasım 8 Mart Cümə günü mesajında ​​müqavimətə sadiq xalqa və şəhidlər Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyyəddinin dəfn mərasimində möhtəşəm iştirakına və daim hadisə yerində olmalarına görə təşəkkür edib.

O, bu mesajında ​​yas mərasimində iştirak edənlərə müraciət edərək bildirib ki, siz dəfn günü sadiq və bayraqdar olduğunuzu sübut etdiniz.

Şeyx Nəim Qasım mesajında ​​müqavimət döyüşçülərinə təşəkkür edərək, "Ölkənin qurulmasında iştirakımız davam edir" dedi.

O, sözünə belə davam etdi: “Şəhidlərin qanı, yaralıların fədakarlığı və məhbusların iztirabları bizə daha çox həvəs və güc verdi və biz İlahi qələbəyə və İmam Zamanın (ə.f) zühuruna olan böyük ümidin gerçəkləşməsinə əminik.

Livan Hizbullahının baş katibi bildirib ki, böyük dəfn günü əzadarların təşkilatçılıq və dəstək baxımından iştirak etməsi və bu bənzərsiz mənzərə “Mən əhd-peymana sadiqəm, ya Nəsrullah” şüarı ilə sonlanıb.

4270355

captcha