IQNA

Əl-Əzhər Məscidinin təməlqoyma ildönümündə iftar süfrəsi açıldı

5:34 - March 10, 2025
Xəbər sayı: 3497768
İQNA - Cümə günü, martın 7-də Əl-Əzhər Məscidinin yaranmasının 185-ci ildönümü münasibətilə iftar süfrəsi açılıb.

“Əl-Ehram” saytının verdiyi məlumata görə, Əl Əzhər Böyük Məscidində ilk namazın qılınmasının 185-ci ildönümü ilə bağlı mərasim martın 7-də keçirilib.

Mərasim Əl-Əzhər Şeyxi Əhməd Tayyibin nəzarəti altında Misirin gənclər və idman naziri, Qahirə valisi və bir qrup Əl-Əzhər alimi, rəsmiləri və əl-Əzhər tələbələrinin iştirakı ilə keçirilib.

Yubileyi anma mərasimi cümə namazından sonra başlayıb. Mərasim müxtəlif proqramlar və tədbirlərlə müşayiət olunub.

Anım proqramına Əl-Əzhər məscidinin tarixi, məscidin elmi və tədris kursları, əl-Əzhər şeyxləri və alimlərinin təqdimatı, İslam ümmətinin keçmiş və cari problemləri və hadisələri daxil edilib.

Əl-Əzhər alimləri və rəsmiləri də çıxışlar etmiş, məscidin tarixinə dair sənədli film nümayiş etdirilmişdir.

Proqramın əsas məqamı Misir vətəndaşlarının, alimlərinin, rəsmilərinin və Əl-Əzhər tələbələrinin geniş iştirakı ilə keçirilən kütləvi iftar süfrəsi olub.

4270445

captcha