“Əl-Cəzirə”-nin verdiyi məlumata görə, Həmas sözçüsü Hazem Qasim öz televiziya kanalına verdiyi müsahibədə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara başlamaq üçün üç şərt irəli sürdüklərini bildirib.
Hazım Qasim, “Danışıqlar üçün üç şərt müəyyən etdik: “Əsir mübadiləsi, işğalçı qüvvələrin Qəzza zolağından tamamilə çıxarılması və təcavüzün bir daha başlamayacağına zəmanət”.
“Razılaşma prosesinin davam etdirilməsi sionist rejimin vasitəçilərlə qarşılıqlı münasibətindəki ciddilik səviyyəsindən asılıdır”, – deyə, Qasim vurğulayıb.
Həmas sözçüsü əlavə edib ki, HƏMAS razılaşmanın ikinci mərhələsində məhbus mübadiləsi prosesini yeni çərçivələrlə həyata keçirməyə hazırdır.
Qasim həmçinin bəyan edib ki, HƏMAS-ın ABŞ nümayəndələri ilə görüşündə problem yoxdur, çünki Vaşinqton sionist rejimə təzyiq etmək imkanına malikdir.