“Times of Israel” qəzetinin verdiyi məlumata görə, sionist rejimin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin verilişinin dayandırılması barədə göstəriş verdiyini açıqlayıb.
Məlumata görə, Koen, “Bütün məhbusların geri qaytarılmasını təmin etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik” deyib.
Bildirilib ki, nazir Koen İsrail Elektrik Şirkətinə (IEC) Qəzza zolağındakı elektrik stansiyalarına elektrik enerjisi satışını dayandırmağı əmr edib.
Atəşkəs razılaşmasının 42 günlük birinci mərhələsi başa çatdıqdan sonra işğalçı İsrail Qəzza zolağına bütün humanitar yardımların daxil olmasını dayandırıb.
Baş nazir Netanyahu HƏMAS-ı əsirləri təhvil verməsə, "başqa addımlar da atacağı" ilə hədələmişdi.
AA