IQNA

Mavritaniyada Quran müsabiqəsinin finalı keçirilib

5:51 - March 13, 2025
Xəbər sayı: 3497797
İQNA – Mavritaniyada keçirilən Quran müsabiqəsinin finalı paytaxt Nuakşotdakı İbn Abbas məscidində başa çatıb.

“Əl-Əxbar” saytının verdiyi məlumata görə, Şeyx Sidi Abdullah İbn Əbu Bəkr ət-Tənvacivi adına Şeyx əl-Qurra Quran Mükafatı müsabiqəsinin final mərhələsində 30 təmsilçi iştirak edib.

Müsabiqədə ümumilikdə 362 Quran hafizi və qarisi iştirak edib, onlardan 30 nəfəri final mərhələsinə yüksəlib.

Müsabiqənin bağlanış mərasimində qaliblər müəyyən edilib və onlara gözəl hədiyyələr verilib.

Müsabiqənin qiymətləndirmə komitəsinin üzvü Şeyx Mustafa Veləd Sidi Muhəmməd iştirakçıların bu müsabiqədə uğur qazanması üçün tələb olunan qaydaları və meyarları açıqlayıb.

Yarışı təşkil edən “Cəsur” Dərnəyinin prezidenti bu yarışmanın məqsədinin Qurani-Kərimi əzbərləyib oxuyanları həvəsləndirmək olduğunu açıqlayıb.

O, həmçinin əlavə edib ki, müsabiqə Takarur bölgəsinin (Cənubi Mavritaniyanın bir hissəsi) Şeyx əl-Qurranın xatirəsini yaşadan unikal mədəni hadisədir, çünki bölgədəki bir çox Quran fəaliyyətləri ona aid edilir.

4271135

captcha