"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, Əl-Hicri “Suveyda” əyalətində ictimai fəallarla görüşündə Suriyanın hazırkı hökuməti ilə heç bir razılaşma və ya konsensusun olmadığını vurğulayaraq, Colani hökumətini sözün hər mənasında ekstremist adlandırıb və beynəlxalq ədalətin bunu təmin etdiyini iddia edib.
O, əlavə edib: “Biz “olmaq və ya olmamaq” mərhələsindəyik, bir tayfa olaraq öz maraqlarımız üçün çalışırıq və hər bir cəmiyyət öz adamları, kadrları və bu əsl milli irslə zəngindir”.
Əl-Hicrinin açıqlamaları Suriyanın yeni hökuməti ilə necə qarşılıqlı əlaqədə olmaq barədə Suveyda əyalətində fikir ayrılıqları fonunda səslənib.
Həmçinin Suriya druzi şeyxlərindən ibarət bir heyət bu cümə səhəri Həzrət Şüeybin (ə) məqbərəsini ziyarət etmək üçün işğal altındakı Fələstin torpaqlarına daxil olub.
4271876