“İQNA”-nın Ali Rəhbərin Aparatının informasiya saytına istinadən verdiyi məlumata görə, bir qrup şair və fars mədəniyyəti və ədəbiyyatı ustadı, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə İmam Həsən Müctəbanın (ə) mövlud ildönümü ərəfəsində görüşüblər.
Bu görüşün əvvəlində bir qrup şair İnqilab Rəhbəri ilə səmimi söhbət edib, ona ən son əsərlərini və bəstələrini təqdim ediblər.
Ayətullah Xameneinin imamlığı ilə məğrib və işa camaat namazı qılındıqdan və iftar süfrəsindən sonra gənc və veteran şairlər dini, ictimai və siyasi mövzularda şeirlər oxuyublar.
4272157