IQNA

Misir müftisi sionist rejimin Qəzzəyə yenidən hücumunu pisləyib

5:48 - March 22, 2025
Xəbər sayı: 3497865
İQNA – Misirin baş müftisi və dünya üzrə fətva verən təşkilatların katibliyinin rəhbəri Nazir Məhəmməd Əyad sionist rejimin Qəzzə zolağına qarşı qəddar təcavüzünün yenidən başlamasını qətiyyətlə pisləyib.

“Darul-İfta Əl Masry” internet saytının verdiyi məlumata görə, Misir müftisi qadın, uşaq və qocalar da daxil olmaqla müdafiəsiz mülki şəxslərin hədəf alınmasının ağır beynəlxalq cinayət olduğunu və bunun bütün bəşəri və mənəvi dəyərlərə açıq meydan oxuduğunu vurğulayıb.

Nazir Məhəmməd Əyad, sionist rejimin qətl və dağıntılar arxasınca getdiyini ifadə edərək, bu qanlı hücumun beynəlxalq legitimlik qərarlarını və siyasətlərini pozan işğalçıların əsl simasını ortaya qoyduğunu vurğulayıb.

O, həmçinin bu vəhşi hücumların müdafiəsiz bir xalqı hədəf alan mütəşəkkil terrorun göstəricisi olduğunu və beynəlxalq mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

O, xəbərdarlıq edib ki, bu cinayətlərin davam etməsi beynəlxalq təhlükəsizliyi və sülhü məhv etməklə yanaşı, həm də regionda sülh və sabitlik üçün səylərə zərbə vurur.

Sonda, Misirin baş müftisi Nazir Məhəmməd Əyad vurğulayıb ki, bu terror aktı ilə mübarizə aparılmaması vəziyyətin daha da pisləşməsinə və cinayətin artmasına gətirib çıxaracaq, bunun bədəlini ancaq günahsız insanlar ödəyəcək.

 4272925

captcha