IQNA

5:12 - March 23, 2025
Xəbər sayı: 3497869

Əlcəzairdə yayımlanan iki elektron Quran proqramı

İQNA – Əlcəzairin Dini İşlər və Vəqflər Naziri iki elektron Quran proqramının yayımlandığını elan edib.

Əlcəzairdə yayımlanan iki elektron Quran proqramı

Əlcəzair internet saytının verdiyi məlumata görə, Əlcəzairin Dini İşlər və Vəqflər Naziri Yusif Bulmehdi Bədr döyüşünün ildönümü münasibətilə təşkil edilən “Ramazan, Quran və zəfər ayı” adlı elmi konfransda iki elektron Quran proqramının yayımlanacağını açıqlayıb.

O bildirib ki, bu iki elektron Qurandan biri adi smartfonlar, digəri isə gözdən əlillər üçündür.

O, həmçinin bu nazirliyin Əlcəzair İnqilabının 70-ci ildönümü ilə eyni vaxtda Prezident Əbdül-Məcid Tabunun dəstəyi ilə Qurani-Kərimin sadə xəttatlıqda ilk nüsxəsini nəşr etdiyini açıqladı.

4272982

captcha