“TRT News”-un verdiyi məlumata görə, Hindistandakı müsəlmanlar hökumətin vəqf mülkləri üzərində nəzarəti genişləndirmək üçün 1995-ci ildə qəbul edilmiş Vəqf Qanununa dəyişiklik edilməsi tələbinə reaksiya veriblər.
Müsəlmanlar dini təhsil və yardım üçün istifadə edilən "vəqflər" adlanan torpaq və ya mülkləri yoxlamaq və onlara müdaxilə etmək hüququ verən qanun layihəsinə qarşı olaraq ölkə boyu nümayişlərə başlayıblar.
Bütün Hindistan Müsəlmanları Şəxsi Hüquq Şurasının (AIMPLB) rəhbərliyi altında başlayan etiraz aksiyalarından başqa, oturaq aksiyalar, ictimai mühazirələr və seminarların keçirilməsi planlaşdırır.
Nümayişlərin ilk mərhələsi müvafiq olaraq 26 və 29 martda Patna və Vijayavada parlamentləri qarşısında kütləvi oturaq aksiyalar keçirməyi hədəfləyir.
AIMPLB, qanun layihəsinə qarşı bütün “konstitusion, hüquqi və demokratik vasitələrdən” istifadə etməkdə qərarlı olduqlarını açıqlayıb.