İQNA - Ramazan ayı münasibətilə Kəşmirin Şrinaqar şəhərində Quran və İslam xəttatlığı sərgisi keçirilib.
“İQNA”-nın Kəşmirdən verdiyi məlumata görə, müqəddəs Ramazan ayı münasibəti ilə Tibyan Quran Araşdırma İnstitutu Şrinaqar şəhərində Quran və İslam xəttatlığının xüsusi sərgisini təşkil edib.
Bu tədbir Ramazan ayının 23-cü günündə başlayıb və üç gün davam edir.
Şrinaqar sərgisində görkəmli xəttatların əsərləri nümayiş etdirilib, İslam-Quran sənəti ilə maraqlananlar onu ziyarət ediblər.
4273592