IQNA

Şeyx Nəim Qasim: “Müqavimət oxu İrana və Hacı Qasım kimi şəhidlərə borcludur”

5:22 - March 27, 2025
Xəbər sayı: 3497904
İQNA - Livan Hizbullahının baş katibi sionist rejimin son 75 ildə məğlubiyyətini və İranın müqavimət oxunun dəstəklənməsində mühüm rolunu vurğuladı.

“İQNA”-nın “Əl-Aləm”-ə istinadən verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim “Əl-Qüds minbəri” proqramında deyib: “Sionist rejimin işğalından 75 il keçib və İsrail nə fələstinlilərin kimliyini məhv edə, nə də Fələstin torpağının bir qarışını belə özünə götürə bilməyib.”

Livan Hizbullahının baş katibi Fələstin xalqına salam göndərərək qeyd edib: “Bu xalq öz torpağında qalmaq üçün böyük fədakarlıqlar etmiş müqavimət nümunəsidir”.

O, qeyd edib: “Fələstin xalqı Qüds uğrunda çox sayda görkəmli şəhid verib və biz “Ey Qüds, biz sözümüzə sadiqik” və Fələstinin yanındayıq şüarını səsləndirir. Düşmənin məqsədi Fələstin məsələsini tamamilə silmək, Qəzza zolağının və İordan çayının qərb sahilinin sakinlərini didərgin salmaq, qonşu dövlətlərin, o cümlədən, Livan, Suriya, Misir və İordaniyanın ərazilərini işğal etməkdir.

4273778

captcha