IQNA

75 min ibadətçi Qüds günündə Məscidül-Əqsada cümə namazına qatılıb

3:08 - March 30, 2025
Xəbər sayı: 3497922
İQNA - Sionist rejimin ibadət edənlərin Məscidül-Əqsaya girişinə qadağa qoymasına baxmayaraq, mübarək Ramazan ayının son cümə günü və Beynəlxalq Qüds günündə təxminən 75 min dindar Əl-Əqsa məscidində cümə namazı qılıb.

“İQNA”-nın “Maa” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, bu il mübarək Ramazan ayının son cümə günü Qüds və Məscidül-Əqsa İsrailin işğalçı hakimiyyət orqanlarının tətbiq etdiyi məhdudiyyətlər səbəbindən müstəsna şərtlərin şahidi olub.

Sionist işğalçı hakimiyyət ibadət edənlərin Məscidül-Əqsaya daxil olmasına məhdudiyyətləri sərtləşdirib, Qəzza və İordan çayının qərb sahilindən insanların Məscidül-Əqsaya daxil olmasına mane olub. Qüdsdən olan kişi və qadınların da Məscidül-Əqsaya daxil olması qadağan edilib.

Qüds Şəhər Vəqfləri və Məscidül-Əqsa İşlərinin Baş direktoru Şeyx Əzzam Əl-Xətib bildirib: “Ramazan ayının son cümə günü ibadət edənlərin sayı 75 min nəfər idi, halbuki əvvəlki illərdə bu gündə ibadət edənlərin sayı bu rəqəmdən bir neçə dəfə çox idi.”

Səhər saatlarından etibarən Qüds hərbi qarnizona çevrilib, işğalçı qüvvələr Qüdsün Köhnə şəhərində və Məscidül-Əqsanın qapılarında yerləşdirilib. İşğalçı qüvvələr Qüdsün Köhnə Şəhəri və Məscidül-Əqsanın qapıları qarşısında yüzlərlə gənc və oğlanın içəri daxil olmasına mane olub və onların şəxsiyyət vəsiqələrini yoxlayıblar. Buna baxmayaraq, on minlərlə ibadət edən bu mübarək günlərdə hələ də Qüdsə çatmaq və cümə namazını Məscidül-Əqsada qılmaq həvəsində idi və bu səhnə fələstinlilərin mətanətini və Məscidül-Əqsaya bağlılığını əks etdirirdi.

İsrail hakimiyyəti Məscidül-Əqsaya girişə məhdudiyyətlər tətbiq etməklə İordan çayının qərb sahilində yaşayan 55 yaşdan aşağı kişi və 50 yaşdan aşağı qadınların Qüds şəhərinə daxil olmasına icazə verməyib.

İşğalşı rejimin polisi müqəddəs Ramazan ayının son cümə günü Qüdsdə geniş yoxlamalar apardığını da etiraf edib.

Qüds Günündə 75 min ibadətçinin iştirakı ilə Məscidül-Əqsada qılınan cümə namazı xütbəsində Qüds müftisi Şeyx Məhəmməd Hüseyn Məscidül-Əqsaya yollanan ibadətçiləri salamlayaraq, onların bu hərəkətinin məscidə bağlı olduqlarının mesajını daşıdığını bildirib.

İşğalçılar müqəddəs Ramazan ayı başlayandan fələstinlilərin Əl-Əqsa məscidinə getmək üçün İordan çayının qərb sahilindən Qüdsə daxil olmasına ciddi məhdudiyyətlər qoyub.

İsrail ordusu həmçinin İordan çayının qərb sahili ilə Qüds arasındakı sərhəd keçid məntəqələrinə daha çox sayda qüvvə yerləşdirib və xüsusi giriş icazələrinin olmaması bəhanəsi ilə çoxlu sayda fələstinlinin Qüds günü Əl-Əqsa məscidində cümə namazına qatılmasına mane olub.

4274114

captcha