IQNA

Şeyx Nəim Qasim: “Fələstin davasına dəstək Livanın milli maraqlarının bir hissəsidir”

1:18 - March 31, 2025
Xəbər sayı: 3497933
İQNA - Hizbullahın baş katibi çıxışında Fələstin məsələsinə dəstək vermənin Livanın milli maraqlarının bir hissəsi olduğunu vurğulayıb.

“İQNA”-nın “Əl-Mənar”-a istinadən verdiyi xəbərə görə, Şeyx Nəim Qasim şənbə gecəsi Beynəlxalq Qüds Günü münasibəti ilə Fələstin və regional hadisələrlə bağlı çıxış edib.

Şeyx Qasim həmçinin bildirib ki, Beynəlxalq Qüds Gününün elan edilməsindən sonra Fələstin davasının lehinə mühüm inkişaflar baş verib. O, bu günün Fələstin və dünyanın bütün məzlum xalqları ilə həmrəyliyi ifadə etmək üçün qeyd edildiyini vurğulayıb.

Hizbullahın baş katibi həmçinin xəbərdarlıq edib ki, Livan İsrailin yaşayış məntəqələri tikmək planlarının hədəfidir. Onun sözlərinə görə, Livanın milli maraqları ondan tələb edir ki, bu sui-qəsdlərə müqavimət göstərmək üçün Fələstin məsələsinə dəstək versin.

O, son hadisələrə toxunaraq, Fələstin xalqının şübhəsiz qalib gələcəyini və “Əqsa Tufanı” əməliyyatının Fələstin məsələsini qloballaşdırdığını qeyd edib.

O, daha sonra bildirib ki, son müharibə zamanı Livan müqaviməti İsrailin kütləvi hərbi işğalının qarşısını almağa müvəffəq olub. Bununla belə, Şeyx Qasim etiraf edib ki, müqavimət düşmənin hücumlarını dayandırmaq iqtidarında deyil, lakin onun məqsədlərinə mane ola bilər.

4274246

captcha