IQNA

Beynəlxalq Qüds Günündə Kuala Lumpurda Fələstinin divar rəsmi açılıb

1:20 - March 31, 2025
Xəbər sayı: 3497934
İQNA - Beynəlxalq Qüds Günündə Malayziyanın paytaxtında Fələstinə dəstək məqsədi ilə çəkilmiş divar rəsminin açılışı olub.

“İQNA”-nın İran İslam Respublikasının Malayziyadakı Mədəniyyət Müşavirinin İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının Malayziyadakı mədəniyyət müşaviri, Beynəlxalq Qüds Günü ilə eyni vaxtda, Buğdalə, Lüdəbələm bölgəsində yerləşən, Qəzza və Fələstində müqavimət və soyqırım mövzusunda böyük bir divar rəsmini nümayiş etdirib. Bu sənət əsəri Malayziyanın Əl-Qüds Fondunun təşəbbüsü və İran İslam Respublikasının Mədəniyyət İşləri İdarəsi, Kuala Lumpur Şəhər İcra Hakimiyyəti (DBKL) və yerli qurumların dəstəyi ilə həyata keçirilib. O, Malayziyanın paytaxtında Fələstin xalqı ilə həmrəyliyə yönəlmiş ilk genişmiqyaslı ictimai iş hesab olunur.

Fitr bayramından sonra tamamlanması planlaşdırılan divar rəsminin Fələstin xalqının işğala qarşı çəkdiyi əzablara və müqavimətə dair dünya ictimaiyyətini məlumatlandırmaq üçün nəzərdə tutulub və Kuala Lumpurun mədəniyyət simvollarından birinə çevrilməsi gözlənilir.

Mərasimdə Əl-Qüds Fondunun icraçı direktoru Şərif Əbu Şamala bu işin əhəmiyyətinə toxunaraq, bunu Kuala Lumpur üçün əlamətdar hadisə və Malayziyanın Fələstin məsələsinə qəti dəstəyinin sübutu adlandırıb. O, vurğulayıb: “İncəsənət Fələstinin zülmünü qəlblərə çatdıra bilən universal bir dildir. Bu divar rəsmləri təkcə gözəllik yaratmır, həm də səssizlərin səsini ucaldır və dünyanı bu tarixi ədalətsizlik üzərində düşünməyə dəvət edir”.

4274215

captcha