"İQNA" xəbər verir ki, Muhəmməd əl-Cundi “Misrawi” xəbər saytına verdiyi müsahibədə deyib: “Əl-Əzhər İslam Araşdırmaları Şurası bir müddət əvvəl Quranın çapında rəngli kağızdan istifadəni qadağan edən qərar verib və qara şrifti Quran mətni üçün uyğun rəng hesab edib”.
O əlavə edib: "Bu qərar Qurani-Kərimin hğrmətini və nüfuzunu qorumaq məqsədi ilə verilib. Buna görə də Misirdə rəngli Quranların çapına və nəşrinə icazə verilməyəcək.
“Əl-Əzhər”ə bağlı İslami Araşdırmalar Şurasının baş katibi Qurani-Kərimin Tədqiqi Komitəsinin Uca Allah qarşısında böyük məsuliyyət daşıdığına işarə edərək dedi: “Qurani-Kərimin çapına diqqət məsələsi təftiş və nəzarət baxımından çox mühüm məsələdir, ona görə də İslami Araşdırmalar Şurası bu məsələyə xüsusi diqqət yetirir”.
Əl-Cundi bildirib: "Misirdə Quranın təftişi, Əl-Əzhər Universitetinin Quran fakültəsi və Quran tilavəti müəssisələrinin üzvləri olan bir qrup Quran elmləri mütəxəssisi tərəfindən həyata keçirilir".
Qeyd edək ki, “Əl-Əzhər”ə bağlı İslam Araşdırmaları Şurası bundan əvvəl Misirdə Quranın bəzəkli və neon rənglərdə çapını qadağan edən qərar çıxarıb və bu rəngli Quran nüsxələrinin ölkə bazarında satışına qarşı çıxıb.
Bu Şuranın göstərişlərinə əsasən, Qurani-Kərimin mətni yalnız qara şriftlə yazılmalı, Quran səhifələrinin fonu ağ və ya krem rəngdə olmalıdır.
“Əl-Əzhər”ə bağlı İslam Araşdırmaları Şurasının göstərişinə əsasən, əgər hər hansı nəşriyyat müəssisəsi Qurani-Kərimin çapı üçün müəyyən edilmiş meyarlara əməl etməzsə, şura, məsələ ilə bağlı cəza orqanlarına məlumat verəcək və bu nüsxələr bazardan toplanacaq. Həmçinin qanunu pozan nəşriyyat qurumu Quran çap etməkdən məhrum ediləcək.
4274700