IQNA

Əl-Əzhər, Netanyahunun hərbi cinayətkar kimi həbs edilməsini istəyib

2:12 - April 06, 2025
Xəbər sayı: 3497967
İQNA - Əl-Əzhərin ekstremizmlə mübarizə üzrə qrumu sionist rejimin baş nazirinin hərbi cinayətkar kimi həbs edilməsini istəyib.

“Savtbeyrut” saytının verdiyi məlumata görə, Əl-Əzhər Ekstremizmlə Mübarizə Təşkilatı məhkəmənin verdiyi beynəlxalq həbs qərarına baxmayaraq, sionist rejimin baş nazirinin Macarıstan tərəfindən qəbul edilməsini pisləyib və bildirib ki, bu hərəkət Beynəlxalq Cinayət Məhkəməsinin etibarını sarsıtmaq və ya onun dürüstlüyü və şəffaflığını pozmaq məqsədi daşıyır.

Bəyanatda aşağıdakı ifadələr yer alır: “Beynəlxalq qərarların icrası və hərbi cinayətkarların təqibi sülh və ədalətin bərqərar olmasının təməl daşlarıdır. İnsanlar qanun qarşısında bərabərdirlər, hüquqların tapdalanmasına, həyatların yox sayılmasına yer yoxdur. Susmaq yeni cinayətləri qanuniləşdirmək deməkdir.

Bəyanatda həmçinin vurğulanıb ki, beynəlxalq qərarlara hörmət etmək təkcə hüquqi öhdəlik deyil, həm də sülh və ədalət dünyasının qurulması üçün sağlam mənəvi və humanitar prinsipdir.

Bu bəyanat Macarıstanın beynəlxalq həbs qərarı olmasına baxmayaraq, sionist rejimin baş nazirini alqışlamasından sonra verilib.

Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında Qəzzada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə Binyanin Netanyahunun həbsinə qərar verib.

Bu qərara baxmayaraq Netanyahu Macarıstana səfər edib və baş nazir Viktor Orbanla görüşüb.

Netanyahunun həbsinə dair qərarın icrası üçün Macarıstana təzyiq edilib. Lakin bu ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı və Netanyahunun həbs qərarını icra etməyəcəyini açıqladı.

4274694

captcha