IQNA

Əlcəzairdə Fələstinə dəstək aksiyası keçirilib

2:33 - April 07, 2025
Xəbər sayı: 3497972
İQNA – Yüzlərlə Əlcəzair vətəndaşı cümə günü Əlcəzairin paytaxtında Əlcəzair Sülh Dərnəyinin binası qarşısında aksiya keçirərək, Fələstin xalqına dəstəklərini bəyan ediblər.

“Əl-Ərəbi Əl-Cədid” saytının verdiyi məlumata görə, aksiya iştirakçıları sionist rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətləri pisləyən şüarlar səsləndiriblər.

Bundan əlavə, ərəb ölkələrinin İsrailin Qəzza zolağına hücumlarına və fələstinlilərə qarşı soyqırım savaşına susması pislənilib.

Əlcəzair Sülh Dərnəyinin rəhbəri Əbdül-Əla Həsəni çıxışında ərəb və İslam dünyasının ümidsiz sükutunun əsl ərəb və İslam faciəsinə çevriləcəyini bildirərək dedi: “Sionist layihəsinin Qəzza sərhədlərində dayanacağına inanan hər kəs yanılır. Çünki bu layihə Livan və Suriyaya da genişləndi və tezliklə bir çox ölkələrə yayılacaq”.

Əldə edilən məlumata görə, bu nümayiş Amerika səfirliyinə doğru yürüşə çevrilib.

Onlar vurğuladılar ki, Amerikanın Qəzzada soyqırımına yaşıl işıq yandırması Əlcəzair xalqının ciddi mövqe tutmasını tələb edir.

Etirazçılar Amerika səfirliyinə doğru irəliləməyə başlayanda Əlcəzair təhlükəsizlik qüvvələri onların irəliləməsini əngəlləmək üçün geniş təhlükəsizlik perimetri qurdular.

Nümayişçilər maneəni yarmağa çalışsalar da, Əlcəzair polisi vəziyyəti nəzarətə götürərək onların qarşısını alıb, bir çox nümayişçi isə saxlanılıb.

4274837

captcha