Fələstin İnformasiya Mərkəzi bildirib ki, Fələstin Qızıl Ayparası Qəzza zolağının cənubundakı İsrailin Rəfah şəhərində ilk yardım işçilərinin öldürülməsini “humanitar yardım səyləri üçün fəlakət” adlandırıb.
Bəyanatda Birləşmiş Millətlər Təşkilatının (BMT) təşkilatları və beynəlxalq tərəflər bu cinayətlərlə bağlı təcili araşdırma başlatmağa çağırıb.
İƏT vurğulayıb ki, işğalçı ordunun yardım qüvvələrinə, tibb işçilərinə, beynəlxalq qurumlara və Fələstin vətəndaşlarına qarşı məqsədyönlü və sistemli hücumları Cenevrə Konvensiyaları və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.
Sözügedən qurum bu bəyanatın davamında bütün dünya ölkələrini işğalçı rejimə qarşı lazımi siyasi, iqtisadi və hüquqi tədbirlər görməyə və Qəzzaya təcili humanitar yardımların göndərilməsi üçün lazımi şərait yaratmağa çağırıb.
Bəyanatın sonunda bildirilib ki, yalnız beynəlxalq ədalət mexanizmləri tam fəaliyyət göstərdiyi zaman işğalçı rejimin sistematik cinayətlərinə son qoyula və Fələstin xalqının tapdalanan hüquqları bərpa oluna bilər.
4275032