IQNA

Ramazan ayından sonra orucun yaxşı əhval-ruhiyyəsini necə saxlamaq olar? (3)

5:42 - April 09, 2025
Xəbər sayı: 3497985
İQNA - İslam Peyğəmbəri (s) Şəbaniyyə xütbəsində mübarək Ramazan ayında ən xeyirli əməlləri “Allahın haram buyurduğu şeylərdən uzaq olmaq” kimi təqdim etmişdir.

Qurani-Kərimə görə, orucun əsas səbəbi “təqva”ya və nəfsi idarə etmə gücünə nail olmaqdır. Allah buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə təqvalı olasınız”. (Bəqərə, 183)

Orucun müxtəlif sahələri var və insana bir çox maddi və mənəvi təsirləri var ki, onlardan ən əsası təqvaya nail olmaqdır. Təqva “vəqayə” kökündən olub, özünü qoruyub saxlamaq və özünü kontrol etmək mənasındadır. Amma din baxımından təqva özünü pislikdən qorumaq deməkdir. Təqvanın dərəcələri vardır ki, onların ən aşağısı ilahi qadağalar qarşısında özünü təmkin etməkdir. Amma təqvanın yüksək dərəcələrində bəzi məkruhları da tərk etməliyik.

Qurani-Kərim baxımından Allah yanında ən hörmətli möminlər ən çox təqvalı olanlardır: “Həqiqətən, Allah yanında ən hörmətliniz ən çox təqvalı olanınızdır” (Hucurat, 13).

Allah Rəsulu (s) müqəddəs Ramazan ayından əvvəl Şəbaniyyə xütbəsi kimi tanınan bir xütbədə bu ayda ən xeyirli əməli “günahı tərk etmək” kimi təqdim etmişdir. Həzrət bu xütbədə bu ayda olan fəzilət və ibadətlərə və onun müstəhəbb əməllərinin yerinə yetirilməsinə işarə edir. Amma sonda, Həzrət Əlinin (ə) “ey Allahın Rəsulu! Bu ayda ən yaxşı əməl hansıdır” sualına cavab olaraq buyurdu: “Bu ayda ən yaxşı əməl Allahın haramlarını tərk etməkdir”.

İndi mübarək Ramazan ayında əldə etdiyimiz günahı və ilahi qadağaları tərk etməyi il boyu necə qoruyub saxlaya bilərik? Bunun bir yolu il boyu oruc tutmağı davam etdirməkdir. İlin bəzi günlərində oruc tutub Ramazan ayında aldığımız orucun bəhrəsini ala bilərik.

captcha