“Frans24” saytının verdiyi məlumata görə, BMT-nin hesabatına əsasən, İsrailin Qəzzada hərbi əməliyyatlarını bərpa etdiyi həftələr ərzində təxminən 400 min qəzzalı didərgin düşüb.
Ən çox müsəlman əhalisi olan ölkənin dövlət başçısı İndoneziya Xarici İşlər Nazirliyinə müharibə zamanı fələstinlilərin təxliyəsi və İndoneziyaya köçürülməsi ilə bağlı Fələstin tərəfi və digər aidiyyəti tərəflərlə tezliklə danışıqlara başlamağı tapşırıb.
BƏƏ, Türkiyə, Misir, Qətər və İordaniyaya səfəri öncəsi Subianto bu barədə açıqlama verib:
“Biz yaralıları, travma almış yetimləri təxliyə etməyə və müvəqqəti olaraq qəbul etməyə hazırıq”.
İndoneziya prezidentinin Türkiyə parlamentində çıxışı da nəzərdə tutulub.
Subianto Fələstin xalqına dəstək bəyanatını verməzdən əvvəl İndoneziyanın Qəzzaya və Rəfaha könüllülər göndərdiyini vurğulayıb.
4275485