IQNA

Sidney Böyük Məscidi cümə günləri azan verilməsi üçün icazə istəyir

11:04 - April 10, 2025
Xəbər sayı: 3497988
İQNA – Sidneyin Lakemba bölgəsindəki İmam Əli İbn Əbi Talib (ə) məscidinin səlahiyyətliləri yerli şuradan cümə günləri məscidin səsgücləndiriciləri ilə azan oxunmasına icazə verilməsini istəyiblər.

“Daily Telegraph” xəbər verir ki, Lakemba məscidi kimi tanınan Əli ibn Əbi Talib (ə) məscidi minarəsinə dörd səsgücləndiricinin quraşdırılması üçün Canterbury-Bankstown Şurasına müraciət edib. Məqsəd hər cümə günü günorta namazına təxminən beş-on beş dəqiqə qalmış azan oxumaq idi.

Təklif qəbul olunarsa, Lakemba məscidi Sidneydə il ərzində həftəlik azan oxuyan ilk məscid olacaq.

Ərizəyə əlavə edilən sənədlərdə Lakemba əhalisinin təxminən 61,2 faizinin müsəlman olduğu bildirilir.

Məscid tək ailəli evlər, çoxmərtəbəli yaşayış evləri və bəzi ticarət obyektləri olan sıx məskunlaşmış yaşayış massivində yerləşir. Şuranın planlaşdırma qaydalarına əsasən, səsgücləndiricin əlavə edilməsinə rəsmi icazə lazımdır.

Bu sənədlərdə azan da xristian ayinləri ilə müqayisə edilir və azanın bazar günü səhəri mərasim üçün çalınan kilsə zənglərinin səsinə bənzədiyi bildirilir.

Sidneyin mərkəzi biznes bölgəsində, tarixi Müqəddəs Məryəm Katedrali də daxil olmaqla bir çox kilsənin zəngləri müntəzəm olaraq çalınır, bəzi hallarda bir saata qədər davam edir.

Məscidin müstəqil akustik qiymətləndirilməsi müəyyən edib ki, azan ticarət zonalarında 81 desibel, yaşayış məntəqələrində isə 68 desibel yerli səs həddinə uyğundur.

Hesabatda deyilir ki, azanın məhdud müddəti və tövsiyə olunan səsə nəzarət tədbirləri həddindən artıq yüksək səsi qadağan edən yerli standartlara uyğunluğu təmin edir. Şura hazırda ərizəyə baxır.

4275326

Teqlər: sidney ، məscid ، cümə günü ، azan
captcha