IQNA

Beynəlxalq təşkilatlar Qəzzaya dəstək üçün birgə bəyanat yayıb

11:07 - April 11, 2025
Xəbər sayı: 3497993
İQNA – BMT-nin humanitar agentlikləri birgə bəyanatda Qəzza zolağında genişmiqyaslı humanitar böhranın baş verdiyi barədə xəbərdarlıq edib.

“Əl-Qüds Əl-Ərəbi” saytının verdiyi xəbərinə görə, bölgədə baş verənlərin heç bir şəkildə insan həyatına əhəmiyyət verilmədiyinin göstəricisi olduğu vurğulanıb.

BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin  Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bölgəyə humanitar yardımın indi qeyri-mümkün olduğunu açıqlayıb.

Açıqlamada, demək olar ki, tamamilə xarabalığa çevrilmiş, müharibədən əziyyət çəkən Qəzzada 2,4 milyon fələstinlinin 6 aydır bombardman altında qaldığı bildirilib. Qeyd olunub ki, onlar ərzaq, su, yanacaq və digər əsas ehtiyaclar baxımından ciddi qıtlıq yaşayırlar.

“Sərhəd qapılarına humanitar yardım yığılıb. Onların Qəzzaya girməsinə icazə verilmir”.

Bəyanatda Qəzzanın mühasirəsinin ilk həftəsində və atəşkəsin pozulmasından sonra 1000-dən çox uşağın öldürüldüyü və ya yaralandığı vurğulanıb ki, bu da keçən il bir həftə ərzində qeydə alınan ən yüksək rəqəmdir.

Son atəşkəsin həyat qurtaran yardımlarının Qəzzənin bir çox bölgəsinə çatmasına imkan verdiyi bildirilərkən, hazırkı yardımın Qəzza xalqının minimum ehtiyaclarını ödəməkdən uzaq olduğu ifadə edildi.

Bəyanatda İsrailin fələstinlilərin yeni məcburi köçkün dalğasına görə məsuliyyət daşıdığı bildirilir.

Bildirilib ki, hərbi təxliyə əmri verilərək, yüz minlərlə fələstinli yenidən təhlükəsiz yer olmadan qaçmağa məcbur olub.

Açıqlamada “Qəzzada heç kimin təhlükəsiz olmadığı” vurğulanıb.

Bəyanatı imzalayanlar dünya liderlərini bölgəyə yardımın çatdırılmasını asanlaşdırmaq, Qəzzada beynəlxalq qanunlara hörmət etmək, mülki şəxslərin müdafiəsinə zəmanət vermək, məhbusları azad etmək və atəşkəs rejimini uzatmaq üçün təcili və ciddi addımlar atmağa çağırıblar.

4275324

captcha