“Əl-Məsirə”-nin verdiyi məlumata görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri bildirib ki, ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmiləri Qırmızı dənizin şimalında raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
Yahya Səri video açıqlamasında bu sözləri deyib:
“Son saatlarda həyata keçirilən birgə hərbi əməliyyatda düşmənin “Harry Truman” təyyarədaşıyan gəmisi və onu müşayiət edən döyüş gəmiləri Qırmızı dənizin şimalında hədəfə alınıb. Bu hücum çoxsaylı qanadlı raketlər və PUA-larla həyata keçirilib”.
Bəyanatda həmçinin “Bu birgə əməliyyat ABŞ-ın ölkəmizə təcavüzü və xalqımıza qarşı törətdiyi cinayətlərə cavab olaraq həyata keçirilib. Müdafiə əməliyyatlarımızı davam etdirməklə düşmənin Yəmənin hərbi potensialına təsir edə bilməyəcəyini vurğulayırıq” ifadəsindən istifadə edilmişdir.