"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, sionist rejim rəsmiləri aprelin 11-i cümə günü cümə xətibi Şeyx Məhəmməd Səlim Məhəmməd Əlinin bölgəyə daxil olmasını bir həftə müddətinə qadağan edib; Bu müddətin daha da uzadıla biləcəyi bildirilib.
İşğalçı rejim bundan əvvəl də Əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Səbrinin bölgəyə daxil olmasını müxtəlif müddətlər üçün qadağan etmiş və buna bənzər hərəkətlər etmişdi.
4275847