IQNA

Amerika şəhərlərində ölkə tarixində ən böyük Qəzza həmrəyliyi nümayişləri

4:52 - April 23, 2025
Xəbər sayı: 3498063
İQNA – Vaşinqtonda və ABŞ-ın digər şəhərlərində küçələrdə kütləvi yürüşlər keçirilib.

CNN-in verdiyi məlumata görə, Amerika xalqı şənbə günü Qəzza xalqına dəstək və sionist rejimin cinayətlərini pisləmək üçün genişmiqyaslı nümayişlər keçirib.

Nümayişçilər ABŞ prezidenti Donald Trampın mühacirlərin deportasiyası, dövlət işçilərinin işdən çıxarılması və Qəzzada müharibə ilə bağlı siyasətinə etiraz ediblər.

Media görüntülərində nümayişçilərin Ağ Evin qarşısında “İsrailə silah satmağı dayandırın” yazılı lövhələr tutduğu görünür.

Bəzi etirazçılar işdən qovulan federal işçilər və Trampın deportasiya ilə hədələdiyi Fələstin tərəfdarı tələbələrlə həmrəy olduqlarını bildiriblər.

Tramp administrasiyasının deportasiya etdiyi və ya deportasiya etməyi planlaşdıran immiqrantlara dəstək şüarları səsləndirilib.

Etirazçılardan biri “Reuters”-ə deyib ki, Tramp və onun administrasiyası deportasiya maşınının istifadəsini genişləndirdikcə, biz dostlarımızı müdafiə etmək üçün müqavimət şəbəkələri və sistemləri inkişaf etdirəcəyik.

Bəzi nümayişçilər Fələstin şərfləri taxıb, Fələstin bayraqlarını dalğalandırıb və “Azad Fələstin” şüarları səsləndiriblər.

ABŞ hökuməti bu yaxınlarda onlarla əcnəbi tələbəni saxlayıb və Fələstin tərəfdarı etiraz aksiyaları keçirən universitetlərə federal maliyyəni kəsməklə hədələyib.

4277363

captcha