IQNA

Papa Fransiskin dəfn mərasimi şənbə günü keçiriləcək

5:23 - April 23, 2025
Xəbər sayı: 3498066
İQNA - 12 ildir katoliklərin ruhani lideri vəzifəsini icra edən Vatikanın prezidenti Papa Fransiskin dəfn mərasimi 26 aprel şənbə günü yerli vaxtla saat 10:00-da keçiriləcək.

“TRT News”-un verdiyi məlumata görə, Vatikandan verilən yazılı açıqlamada, “26 aprel şənbə günü yerli vaxtla saat 10:00-da Papa Fransisk üçün doqquz günlük matəm gününün ilk günü, Müqəddəs Pyotr Bazilikasının ön həyətində dəfn mərasimi keçiriləcək. “Konklavın dekanı, kardinal Covanni Battista Re dəfn mərasiminə rəhbərlik edəcək” ifadələrdən istifadə edilmişdir.

Açıqlamada Papa Fransiskin cənazəsinin əvvəlcə Müqəddəs Pyotr Bazilikasına aparılacağı, daha sonra dəfnin keçiriləcəyi Romadakı Müqəddəs Məryəm Maggiore Bazilikasına aparılacağı bildirilib. Papanın vəsiyyəti burada dəfn olunmaq olub.

Papa Fransiskin istəkyinə uyğun olaraq dəfn mərasiminin sadə olacağı gözlənilir.

Mərasimdə bir çox dünya liderlərinin iştirakı gözlənilir.

Fevralda keçirdiyi ağır bronxit səbəbilə fevralın 14-də Romadakı Gemelli xəstəxanasına yerləşdirilən Papa Fransisk ikitərəfli pnevmoniya diaqnozu ilə orada 38 gün müalicə olunub və martın 23-də evə buraxılıb.

Papanın evə buraxıldıqdan sonra 2 ay istirahət etməsi lazım olduğu bildirilmişdi.

Papa Fransiskin həkimlərindən biri, Sergio Alfieri martın 25-də “Corriere della Sera” qəzetinə deyib ki, Papa xəstəxanada olduğu müddətdə iki dəfə ölümdən çətinliklə xilas olub.

Kardinal Cozef Farrell aprelin 21-də səhər saatlarında Papa Fransisin yerli vaxtla saat 07:35-də dünyasını dəyişdiyini açıqlayıb.

Vatikan ötən gecə Papa Fransiskin ölüm səbəbinin insult, koma və geri dönməz ürək çatışmazlığı olduğunu açıqlayıb.

captcha