IQNA

Özbəkistan Şarcə Quran Kompleksinə tarixi Quran hədiyyə etdi

10:37 - April 26, 2025
Xəbər sayı: 3498075
İQNA - Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin rəhbəri ölkənin məşhur tarixi Quran nüsxəsini Şarcə Quran kompleksinə hədiyyə edib.

“Əl-Xəlic” saytının verdiyi xəbərə görə, Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin prezidenti Ferdus Abdulxalikov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Şarcə Quran kompleksinə rəsmi səfər edib.

Səfər zamanı Şarcə Kompleksinə Quranın “Katta Langar” əlyazma nüsxəsi hədiyyə edilib.

Mərkəzin baş katibi Abdullah Xələf Əl-Hüseyninin ev sahibliyi etdiyi tədbirdə Şarcə şəhərinin İslam mədəniyyətinin yayılmasında və Qurani-Kərimin elmi-tədqiqat mərkəzləri, muzeylər, ixtisaslaşmış seminarlar və təfsir təlimləri vasitəsilə xidmətində rolu vurğulanıb.

Kompleksin böyük təhsil ocağı olduğunu deyən Xalikov Şarcə Quran Kompleksi ilə Özbəkistan İslam Sivilizasiyası Mərkəzi arasında birgə əməkdaşlıq yollarının açılacağına ümid etdiyini bildirib.

“Katta Langar Mushəf” adını Özbəkistanın Kaşkadərya vilayətindəki Langar Ota məscidindən götürüb.

“Katta Ləngər Mushəf”, dünyanın ən qədim əlyazmalarından biri kimi tanınır. Səkkizinci əsrin son rübündə ərəbcə kufi-hicaz üslubunda heyvan dərisi üzərində yazıldığı təsbit edilən “Katta Langar Musfəh”in vərəq ölçüləri 53x35 santimetrdir.

Orta Asiyaya müshəfin necə və kim tərəfindən gətirildiyi məlum deyil və yalnız son 100 ilin tarixi məlumdur. Uzun illər adını aldığı Özbəkistanın Kaşkədərya vilayətinin Katta Lanqar kəndindəki məsciddə saxlanılan Müshəf, hazırda 2003-cü ildə hədiyyə edilən Özbəkistan Müsəlmanları Dini İdarəsinin Kitabxanasında mühafizə altında saxlanılır.

Bu əlyazmanın 81 səhifəsi hazırda Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Kitabxanasındadır. Peterburqda Şərq Əlyazmaları İnstitutunda yerləşir.

Əsərin dəri bağlaması 14-cü əsrə aiddir və 17-ci əsrin ortalarında bərpa edilmişdir. Bu Qurani-Kərimdə 22-si tam olmaqla 44 surənin ayələri var.

Bu əlyazmanın qalan bütün səhifələri 2024-cü ildə Rusiya və Özbəkistanda tək cilddə nəşr edilib və məhdud tirajlarla dünyada Quranşünaslıq və İslam mədəniyyəti ilə maraqlanan elmi, dini və tədqiqat qurumlarına paylanıb.

4277924

captcha