“Əş-Şərq” saytının verdiyi məlumata görə, sərgi Qahirədə Əl-Əzhər Universitetinin kənd təsərrüfatı fakültəsinin kampusunda keçirilib.
Sərgidə Qətər Quran bağının fəaliyyət və proqramları, Quran və Hədislərdə qeyd olunan bitkilər, Qətərə xas olan bitkilər haqqında hesabat təqdim olunub.
Qətər Quran bağı tədbirdə iştirak edərək, Qətər Toxum Bankında saxlanılan nəsli kəsilməkdə olan bitki toxumlarından nümunələri sərgilədi. Həmçinin Quran bağının Qətərdə ekoloji müxtəlifliyi və bitki ehtiyatlarını qorumaq üçün göstərdiyi səyləri təqdim etdi.
Çoxlu mühazirəçi, tədqiqatçı və tələbələrin iştirak etdiyi sərginin ortasında Qətər Quran bağının tərəfindən “Biomüxtəlifliyin qorunmasında Nəbatat bağlarının rolu” adlı elmi seminar təşkil olunub.
Quran bağının direktoru Fatimə Salih Əl-Xələfi bildirib ki, bu sərgidə iştirak, bağçanın akademik və tədqiqat mərkəzləri ilə qarşılıqlı əlaqələrini gücləndirmək səylərinə uyğundur.
Qətər Quran bağı Qətər Təhsil, Elm və İcma İnkişafı Fonduna məxsus Həmd Bin Xəlifə Universitetinin bir hissəsidir. Qətərdə ilk olan bağ Yaxın Şərqdə aparıcı qoruq bağı kimi tanınan ikinci botanika bağıdır.
Bağ beynəlxalq tədbirlərdə və sərgilərdə iştirak etməklə ətraf mühit və bitkilərin mühafizəsi və maarifləndirmə sahəsində gələcək baxışlarını və İslam məqsədlərini təbliğ etmək məqsədi daşıyır.
4279384