“İQNA”-nın “Əl-Cəzirə Net”-ə istinadən verdiyi məlumata görə, Qətər nümayəndə heyəti, mayın 1-də Beynəlxalq Ədalət Məhkəməsi qarşısında bəyan edib ki, İsrail Qəzza sakinlərinə qarşı sistemli bir siyasət olaraq aclığı həyata keçirir və bu, Roma Statutuna görə müharibə cinayətidir.
Nümayəndə heyəti elan edib: “İsrail Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına zidd olaraq İordan çayının qərb sahilində məskunlaşma tikintisini intensivləşdirib. Qəzzada fələstinlilər aclığa bənzər şəraitlə üzləşiblər, çünki İsrail istənilən yardımın ölkəyə girişini tamamilə əngəlləyir.
Qətər heyəti İsrailin işğal olunmuş Fələstin torpaqlarında mövcudluğunun qeyri-qanuni olduğunu və ən qısa zamanda sona çatması lazım olduğunu qeyd edərək, elan edib: “İsrail nəinki işğalına son qoymayıb, həm də Fələstin xalqına qarşı, xüsusilə Qəzza zolağında soyqırım savaşını davam etdirir”.
Nümayəndə heyəti vurğuladı: “İsrailin Qəzzada hərbi əməliyyatları insan həyatına tam etinasızlıq nümayiş etdirir və İsrail UNRWA-ya (Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) qarşı embarqonu dayandırmalı və dərhal ləğv etməlidir”.
Nümayəndə heyəti əlavə edib: “İsrailin Qəzza zolağında törətdiyi soyqırımı təkcə beynəlxalq cinayət deyil, həm də insan vicdanını yaralayan ən ağır cinayətdir”.
Qətər nümayəndə heyəti bəyan edib: “İsrail Ədalət Məhkəməsinin qərarına məhəl qoymayaraq qəsəbə tikintisini intensivləşdirib və İordan çayının qərb sahilini güc yolu ilə ilhaq etməyə cəhd edir”.
Nümayəndə heyəti bəyan etdi: “İsraildən tələb edilməlidir ki, aclıq silahını dinc əhaliyə qarşı müharibə silahı kimi istifadə etməsin”.
4279725