“İQNA”-nın İraqın rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ərəb Liqasının Katibliyi bəyanat yayaraq, İsrail rejiminin Suriyanın Dəməşqdəki prezident sarayı yaxınlığındakı hədəflərə hücumlarını təhlükəli və ölkənin suverenliyinə təcavüz kimi qiymətləndirib və bunu qəti şəkildə pisləyib.
Ərəb Liqası elan edib: “Bu hücumlar Suriya hökuməti tərəfindən rədd edilən və pislənilən təhlükəli təcavüz aktıdır”.
Ərəb Dövlətləri Liqası öz bəyanatında qeyd edib ki, bu hücumlar sionistlərin Suriya ərazisinə qarşı davamlı hücum və təcavüz zəncirinin halqasıdır və bu hücumlar vəziyyəti pozmaq, daxili işlərə qarışmaq və ölkə ərazisinə təcavüz etməkdir.
İttifaq həmçinin BMT Təhlükəsizlik Şurasını regionda vəziyyəti qızışdırmaq təhlükəsi yaradan bu cür sionist təcavüzlərinə son qoymağa çağırıb.
Həmçinin Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Bədəvi verdiyi açıqlamada İsrailin Colaninin iqamətgahı yaxınlığında endirdiyi hava hücumunu regionun sabitliyinə xələl gətirən təhlükəli hərəkət və işğalçıların Yaxın Şərqdə münaqişələri qızışdırmaq və böhranlar yaratmaq baxışının təsdiqi adlandırıb.
Əl-Bədəvi Körfəz Əməkdaşlıq Şurasının sionist rejimin Suriyanın suverenliyi və sabitliyini təhdid edən bu təhlükəli hərəkətlərinə qarşı çıxdığını və pislədiyini açıqlayıb.
O, Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın və onun daxili işlərinə hər hansı xarici müdaxiləyə qarşı çıxmağın vacibliyini vurğulayıb.
Bundan əvvəl Qətər, Səudiyyə Ərəbistanı və İraq da hücuma reaksiya vermiş və onu şiddətlə qınamışdı.
4279841