IQNA

Mərakeşdə yeni qaydalar Quran təhsili sisteminə problemlər yaradır

10:47 - May 06, 2025
Xəbər sayı: 3498139
İQNA – Vəqflər Nazirliyinin özəl Quran mərkəzlərini dəstəkləmək üçün yeni qaydalar toplusunu dərc etməsindən sonra Mərakeşdə ənənəvi təhsil müəssisələri problemlərlə üzləşib.

“Medar24” saytında yer alan xəbərə görə, Mərakeş Dini İşlər və Vəqflər Nazirliyi martın 18-də nizamnaməni dərc edib.

Əsasnamə məktəblər və təhsil mərkəzləri üçün sərt şərtlər qoyur və təhsil müəssisələri xüsusən də infrastrukturu zəif və şəraiti olmayan regionlarda bunu həyata keçirməkdə çətinlik çəkirlər.

Şərtlərdən biri odur ki, təhsil müəssisələri rəsmi təhsil səviyyələrində təsnif olunmayan tələbələri qəbul etməməlidir. Halbuki bu şagirdlər məktəblərdə Quran hifzi dərslərinin sütunlarıdır.

Təhsil fəalları açıqlanan şərtlərin Quran hifzi təhsilinin əsas daşıyıcıları olan ənənəvi Quran məktəblərinə mənfi təsir etdiyini deyirlər. Bu tələblərdən bəziləri xüsusilə yaş qruplarına görə ayrı-ayrı binaların tikilməsini və yaxınlıqdakı Quran məktəbləri ilə əməkdaşlığı vurğulayır ki, bunu da bir çox ucqar ərazilərdə əldə etmək çətindir.

Müşahidəçilər qeyd edirlər ki, qurumun resurslarında və imkanlarında əhəmiyyətli fərqləri nəzərə alaraq, hesab edirlər ki, maliyyə dəstəyini tələbə sayına və akademik nəticələrə bağlamaq ədalətsizlikdir.

Bu böhranı dalana dirədən isə qurumlara yeni qayda və tələblərə uyğunlaşmaq üçün verilən qısa müddətdir. Bu tələblər 2025-ci ilin may ayının sonuna qədər yerinə yetirilməlidir. Əks halda, onlarla məktəb dəstəyi itirmək və ya tamamilə bağlanmaq təhlükəsi ilə üzləşəcək.

Təhsil fəalları vurğulayırlar ki, tələblərin mərhələli şəkildə həyata keçirilməməsi və Vəqflər Nazirliyinin dəstəyi olmadan yerinə yetirilməməsi ənənəvi təhsil strukturunu zəiflədə, bir çox tələbələri həqiqi və ənənəvi dini təhsil çərçivəsində təhsil almaq imkanından məhrum edə bilər.

4280145

captcha