IQNA

Əl-Əzhər Şeyxi: Hindistan-Pakistan atəşkəsi dünyada sülhə doğru bir addımdır

11:11 - May 13, 2025
Xəbər sayı: 3498179
İQNA – Əl-Əzhər Şeyxi Əhməd Tayyib Hindistan və Pakistan arasında atəşkəsin əldə olunmasını Cənubi Asiyada və dünyada sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.

“Əl Masry Al Youm” xəbər verir ki, Əhməd Tayyib iki nüvə silahlı qonşusu arasında gərginliyin həyəcanlı şəkildə artmasının ardınca Facebook səhifəsində paylaşdığı mesajda Hindistan və Pakistan arasında atəşkəs elan edilməsini alqışlayıb.

“Sülh xalqlar arasında münasibətləri tənzimləyən ən yaxşı variant olaraq qalır. Ona görə də bütün münaqişələrə, müharibələrə və düşmənçiliklərə son qoymaq üçün beynəlxalq səylər gücləndirilməlidir ki, bəşəriyyət təhlükəsizlik, rifah və firavanlıqla dolu daha yaxşı bir dünyada yaşaya bilsin”, - o əlavə edib.

Media mənbələri şənbə günü axşam saatlarında iki ölkə arasında atəşkəs elan olunduğunu açıqlayıb.

“Reuters” xəbər agentliyi hadisə şahidlərinə istinadən xəbər verir ki, dörd gündür toqquşmaların davam etdiyi Hindistanın Kəşmir bölgəsinin böyük şəhərlərində atəşkəs rejiminin pozulması halları qeydə alınıb. Rəsmilərin, yerli əhalinin və şahidlərin sözlərinə görə, Şrinaqar və Cammuda partlayış səsləri eşidilib

4281940

captcha