“İQNA”-nın “Sədyul-Bələd”-ə istinadən verdiyi məlumata görə, xristian ustad Kristian Zahir Hanna Misirdəki mədəni və dini müxtəlifliyi əks etdirən Port-Səiddəki Əl-Əzhər Universitetinin İslamşünaslıq fakültəsində tələbələrə İslamşünaslıqdan dərs deyir.
23 il əvvəl Kristian qəbul etmədiyi və ya əməl etmədiyi bir dinin təfərrüatlarını araşdırmağı tələb edən elmi bir yola getməyə qərar verdi.
O dövrdə Əl-Əzhərin keçmiş Şeyxi Məhəmməd Seyid Təntavi Kristianın qərarını dəstəklədi və təyinat tələbində akademik həyatının gedişatını dəyişdirən bir neçə söz yazdı. Təntavi yazırdı: “Dürüstlük və ədalətlə, Kristinlə bağlı lazım bildiyiniz hər şeyi edin”.
Bu əmrlə Kristian Əl-Əzhər Universitetində İslam Araşdırmaları Bölməsində müəllim köməkçisi kimi fəaliyyətə başladı. Bu yol həmişə asan olmayıb və o, çoxsaylı akademik və sosial problemlərlə üzləşib.
Buna baxmayaraq, o, öz dəyərini sübut etdi və böyük əzmlə İslamşünaslıq üzrə təhsilini davam etdirdi. O, magistr, sonra isə doktorluq dərəcəsi alıb, 2006-cı ildə dosent vəzifəsinə təyin edilib. Peşəkar karyerasının zirvəsi 2023-cü ildə Ərəb dili və İslamşünaslıq üzrə ustad elmi dərəcəsini əldə etmək olub.
Bu yolda Kristin İslam dininin sadəcə nəzəri anlayışı ilə məhdudlaşmadı, Quranın surələrini və Peyğəmbərin (s) hədislərini əzbərləyərək dinin dərinliyinə getdi.
O, dininə görə ona verilən hər hansı imtiyazları və ya istisnaları rədd edir, ayrı-seçkiliyə görə deyil, ləyaqətinə görə mühakimə olunmasını israr edirdi.
Kristin mediaya verdiyi müsahibədə İslamı öyrətməkdə etdiyi əməkdaşlığın ona əhəmiyyətli insani və əxlaqi təcrübələr qazandırdığını vurğulayıb. O bildirib ki, bütün dinlərin mahiyyəti eynidir və insanlar arasında dəyərlər və qarşılıqlı hörmət sisteminin yaradılmasına əsaslanır.
Kristin əlavə etdi: “Hər şey 1990-cı illərdə başladı. Ərəb və İslamşünaslıq ixtisası üzrə təhsil almağa qərar verəndə ustadlarım və sinif yoldaşlarım bu qərara çox təəccübləndilər”.
O, dedi: “Bu sahədə çalışmağın şərtlərindən biri Quranın üç surəsini təfsirlə əzbərləmək idi və mən “Nur”, “İsra” və “Nəbə” surələrini əzbərlədim və şəraiti yerinə gətirərək bu sahədə təhsil almağı bacardım”.
İslamşünaslıq üzrə ustad sözünə belə davam edib: “Bu sahəyə daxil olmağım bir çox maneələrlə üzləşdi, lakin ailəmin, həmkarlarımın və atamın dostlarının dəstəyi ilə çətinliklərin öhdəsindən gəldim. Atamın dostları mənə Quranın bir çox surələrini və Peyğəmbərin (s) hədislərini əzbərləməkdə və başa düşməkdə kömək etdilər.
Kristin Hanna belə deyir: “Mən tələbə olanda həm qızlar, həm də oğlanlar olmaqla 92 müsəlman tələbə arasında yeganə xristian tələbə idim. Məndən tələb olunanları əzbərlədiyim üçün çox yaxşı balla və qürurla birinci yeri qazandım. Müəllimlərim məni Quran surələrini əzbərləməkdən azad etməyi təklif etsələr də, mən bundan imtina edib Quran surələrini əzbərlədim və təcvidi yaxşı öyrəndim”.
O, deyib: “Bütün universitet təhsilim boyu, universitetin dördüncü kursuna qədər hər il Ərəb dili və İslamşünaslıq fakültəsinin ən yaxşı tələbəsi olmuşam. Allah mənə kömək etdi və mən həmişə qrupda birinci olmuşam”.
4282226