Şeyx İkrimə Səbri verdiyi yazılı açıqlamada, “Məscidül-Əqsa məscidinin həyətinə qurbanlıq heyvan gətirmək və onu kəsmək cəhdini ən kəskin şəkildə qınayırıq. Bu təxribat xarakterli hərəkətin son dərəcə təhlükəli olduğunu və İsrail hökumətinin ekstremist yəhudi qrupları ilə açıq əməkdaşlıq etdiyini vurğulayırıq. Sözügedən təşəbbüs müqəddəs məsciddə yeni faktiki vəziyyət yaratmaq səyinin bariz göstəricisidir” ifadələrdən istifadə etdi.
Səbri bu cür təxribat xarakterli hərəkətin bütün qırmızı xətləri keçdiyi barədə xəbərdarlıq edərək, İsrail hökumətinin dəstəyi ilə fanatik yəhudi qruplarının Məscidül-Əqsanın kimliyini dəyişdirmək üçün hər hansı bir hərəkətini qəti şəkildə rədd etdiklərini və Fələstin xalqının həmişə olduğu kimi bu cür cəhdlərə qarşı mübarizə aparacağını vurğulayıb.
Fələstin xalqının Məscidül-Əqsanı qorumaq üçün böyük bədəl ödədiyinə diqqət çəkən Səbri, bu insanların Məscidül-Əqsanın yalnız müsəlmanlara aid olmasından güzəştə getməyəcəklərini ifadə edib.
Səbri bildirib ki, İsrail müsəlmanlara qarşı sistematik ayrı-seçkilik siyasəti aparır və fanatik yəhudilərin Məscidül-Əqsaya basqınlar etməsinə şərait yaradır.
Ərəb və İslam dünyası hökumətlərini Məscidül-Əqsanı və müsəlmanları qorumağa çağıran Səbri, “Bu gün baş verənlər bölgədə gərginliyi daha da artırır, faktiki olaraq od üzərinə benzin tökür və Məscidül-Əqsaya qarşı elan edilən dini müharibənin təhlükəli şəkildə böyüməsinə zəmin hazırlayır” dedi.
Səbri həmçinin vurğulayıb ki, işğalçılar müsəlmanların Məscidül-Əqsaya getməsinə mane olur, eyni zamanda Məscidül-Əqsaya hücum edən və onları pozan sionist gəlmələr üçün qapıları açır ki, bu da ibadət azadlığının və bütün beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Fanatik yəhudilərin Məscidül-Harama tez-tez basqın etməsi bölgədə gərginliyin artmasına səbəb olur.
2003-cü ildən yəhudilər administrasiyanın icazəsi olmadan və İsrailin birtərəfli qərarı və polisin müşayiəti ilə müqəddəs ziyarətgaha daxil olurlar. Bu girişləri basqın kimi xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.
Son illərdə məskunlaşanlar məscid həyətlərində Təlmud ayinlərini də yerinə yetirərək qanun pozuntularını artırıblar.
İordaniya ekstremist gəlmələrin bu təxribatçı hərəkətlərini və işğalçı polisin Məscidül-Əqsaya qarşı pozuntulara şərait yaratmasını qəti şəkildə rədd etdiyini vurğulayıb.
4282150